Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yusif Səmədoğlunun anım günüdür

Yusif Səmədoğlunun anım günüdür


Azərbaycanın xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Ali Sovetinin deputatı Yusif Səmədoğlunun anım günüdür.

Newscenter.az xatırladır ki, Yusif Səmədoğlu 1935-ci il, dekabrın 25-də Bakı şəhərində məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. O, 1953-cü ildə Moskvada Yazıçılar İttifaqı nəzdində olan M. Qorki adına Ədəbiyyat İnstitutuna daxil olub.

Yusif Səmədoğlu "220 saylı otaq" (1960), "Qalaktika" (1973), "Qətl günü" (1987) kitablarının müəllifi olub.

26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilib.

Yusif Səmədoğlu 1998-ci il avqustun 16-da vəfat edib.

Anar Əliyev
Xəbəri paylaş