Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

75 yaşlı Makedon

75 yaşlı Makedon


"Bizim Cəbiş müəllim" filmindəki Makedon rolu ilə daha çox tanınan Aqil Ağacanovun 75 yaşı tamam olur.

Newscenter.az xatırladır ki, Aqil Ağacanov 22 avqust 1949-cu ildə Bakının Sabunçu rayonunun Pirşağı kəndində anadan olub.

Bakı şəhəri 112 saylı orta məktəbi 8 illik sistemlə bitirib, lakin sonra gecə məktəbində Ramana müəllimlərindən təhsil alıb. Orta təhsilini bitirdikdən sonra 1969-cu ildə hərbi xidmətə yola düşüb.

Uzun müddətdir ki, aşpaz, xüsusilə də kababçı kimi fəaliyyət göstərir və bütün Bakı kəndlərində onu elə kababçı Aqil kimi tanıyırlar. Ailəlidir, ikisi qız, biri oğlan olmaqla üç övladı və iki nəvəsi vardır.

Anar Əliyev
Xəbəri paylaş