Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sərnişin avtobusu qəzaya uğrayıb, ölən var

Sərnişin avtobusu qəzaya uğrayıb, ölən var


Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Aydın şəhərində olub.

Belə ki, Aydının Çine rayonunda sərnişin avtobusunun yoldan çıxması nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.


Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə 112 Təcili Yardım, xilasetmə və jandarma qrupları sövq edilib.

Həkim qrupları sürücülərdən Murat Yalçınkayanın öldüyünü müəyyən edib, yaralanan 10 nəfər isə təcili yardım maşınları ilə müxtəlif xəstəxanalara aparılıb.

Anar Əliyev
Xəbəri paylaş