Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə zəncirvari qəza

Türkiyədə zəncirvari qəza


Türkiyədə zəncirvari qəza baş verib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Anadolu şosesində qeydə alınan qəzada 6 avtomobil bir-birinə çırpılıb.

Qəza səbəbiylə magistralın Ankara istiqaməti bir saatlıq nəqliyyata bağlanıb.

Hadisə Düzce Anadolu şosesi Gümüşova enişi mövqeyində meydana gəlib.

Ankaraya doğru hərəkət edən avtomobil təkəri partlayanda idarəetmədən çıxaraq baryerlərə çırpılıb. Maşın sürüşərək yolun ortasına çıxarkən daha 5 avtomobil bir-birinə çırpılıb.

Qəza səbəbindən Anadolu magistralının Ankara istiqamətində uzun avtomobil növbələri yaranıb və nəqliyyat vasitələri evakuatorlarla yoldan çıxarılıb.

Anar Əliyev
Xəbəri paylaş