Sudanda yağış və daşqınlar nəticəsində həyatını itirənlərin sayı 132-yə çatıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, ölkənin 18 əyalətindən 10-da təbii fəlakət ciddi fəsadlara yol açıb.
Ümumilikdə daşqınlardan zərər çəkənlərin sayı 129 min 650 nəfər təşkil edib. 12 min 420 ev tamamilə, 11 min 472 ev isə qismən dağılıb.
Qeyd edək ki, Sudanda iyul-oktyabr ayları arasında yağan yağışlı dövrdə baş verən daşqınlarda hər il 100-dən çox insan həyatını itirir, on minlərlə ev, iş yeri və kənd təsərrüfatı sahəsi zərər görür.
Mehman Mehdiyev