Azərbaycanda ilk çox partiyalı seçkilərin keçirilməsindən 34 il keçir.
Newscenter.az xatırladır ki, 1990-cı il. 30 sentyabr tarixində Azərbaycan SSR Ali Sovetinə seçkilər keçirilib. Həmin seçkilər Azərbaycanda ilk çox partiyalı seçkilər hesab olunur.
Seçkilərin nəticələrinə əsasən, Azərbaycan SSR Ali Sovetinə 360 deputat seçildi. Onlardan 280 nəfəri Azərbaycan Kommunist Partiyası, 45 nəfəri "Demokratik Azərbaycan" Seçki Blokunu təmsil edirdi. Ali Sovetdə bitərəflər isə 15 deputatla təmsil olunurdu.
Süleyman