Cari ilin ilk 9 ayında Türkiyədən 49 ölkəyə bal ixrac edilib.
Newscenter.az Şərq Qaradəniz İxracatçılar Birliyinə (DKİB) istinadən bildirir ki,
bu ölkələr sırasında ABŞ, Almaniya və Kanada öndə gəlir.
Qeyd edilən müddət ərzində 49 ölkəyə ixrac edilən balın miqdarı 5 min 913 ton təşkil edib. Nəticədə bal satışından 22 milyon 883 min dollar gəlir əldə edilib.
2024-cü ilin yanvar-sentyabr aylarında ABŞ-a 9 milyon 327 min 460 dollar, Almaniyaya 5 milyon 289 min 192 dollar, Kanadaya 904 min 756 dollarlıq bal ixrac edilib.
Ötən ilin eyni dövründən fərqli olaraq Macarıstan, Banqladeş, İraq, Liberiya, Çexiya, Mərakeş, Nepal və Ekvatorial Qvineyaya da bal satılıb.
Mehman Mehdiyev