Avropa İttifaqı Rusiya Federasiyası və İrandan olan təşkilatlara qarşı sanksiyaları genişləndirmək niyyətindədir.
Newscenter.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Avropa İttifaqının xarici işlər nazirləri Moskvanın digər ölkələrdə sabitliyi pozan hərəkətlərində iştirak etdiyi iddia edilən adı açıqlanmayan Rusiya təşkilatlarına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək qərarına gələ bilər.
Eyni sanksiyalar İran təşkilatlarına qarşı da tətbiq edilə bilər.
Məhdudlaşdırıcı tədbirlərin İrandan gələn aviaşirkətlərə də təsir edəcəyi gözlənilir.
Mehman Mehdiyev