Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda böyük layihələrdə heç vaxt yerli real sahibkarlara şans yaradılmayıb

Azərbaycanda böyük layihələrdə heç vaxt yerli real sahibkarlara şans yaradılmayıb


"Azərbaycanda illərdir bir çox qurum və nazirliklərdə diqqətimi çəkən əsas problemlərdən biri də odur ki, inkişaf etmiş ölkələrdəki təcrübəni birbaşa ölkəmizdə tətbiq edirlər. Şəxsən bir çox nazirlik və alt qurumlarda qoşulduğum müzakirələrdə buna şahid olmuşam. Nəzərə almırlar ki, inkişaf etmiş ölkələrin vətəndaşlarının da o müstəviyə gəlib çıxıb. Buna görə də bir çox layihə ölkəmizdə uğursuz olur, Layihə xətrinə layihə olur".

Newscenter.az xəbər verir ki, bunu ekspert Elvin Abbasov deyib. O bildirib ki,
hər bir ölkənin sosial və iqtisadi vəziyyəti orada yaşayan insanların həyat standartına və rifahına təsir edir:

"İnkişaf etmiş ölkələrdə gördüyümüz qədəri ilə təhsil sistemi normal səviyyədə olur və əlbəttə ki, təhsil həyat standartına təsir edən əsas faktordur. Belə olan halda rəqəmsal səriştəlik də bütün yaş seqmentləri üzrə daha yüksək olur. Həmçinin bu, bizneslərə də öz töhfəsini verir.

Yüksəlişdə olan bütün ölkələrdə hər sahə üzrə "tədqiqat və inkişaf" mərkəzləri mövcuddur. Bu mərkəzlərdə toplanmış məlumatlar əsasında yeni modellər yaradılır. Təbii ki o ölkələrdə istənilən nəticə əldə olana kimi kifayət qədər böyük məbləğlər xərclənir".

Elvin Abbasov deyib ki, Azərbaycanda isə böyük layihələrdə heç vaxt yerli real sahibkarlara və ya mütəxəssislərə inam olmayıb onlara şans yaradılmayıb:

"Söhbət suni sahibkarlıqdan getmir. Hər zaman xarici şirkətlərə milyonlar xərclənərək onların verdiyi "statistika" üzərindən xarici modellər tətbiq olunur. Onlarda bizi yola verirlər".

Anar Əliyev
Xəbəri paylaş