Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək peşələri üzrə xidmət edən gəncləri ordudan azad etməyi təklif edib. Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb.
Nazir Svetlana Jakıpovanın sözlərinə görə, bu gün bir çox peşə və texniki təhsil almış gənclər orduya aparılır.
"Həmin vaxt onların 19 yaşı olacaq. Dərhal orduya aparılacaqlar. Biz o uşaqları əsgərliyə aparmayaq. Onlara iş qurmaq, onların ixtisaslarını artırmaq lazımdır. Yaxud hərbi kafedra açmaq lazımdır ki, onları ordudan azad edək",-deyə nazir bildirib.
Qeyd edək ki, Qazaxıstan prezidenti gələn ili “İşçi peşələri ili” elan edib. Bu müddət ərzində texniki və peşə təhsili sistemində islahatlar aparılmalıdır. Həmçinin fəhlə peşələrini ucaltmaqla, zəhmətkeş və əsl mütəxəssis olmaq ideyası cəmiyyətdə geniş şəkildə təbliğ edilməlidir.
Nərgiz Əzizova