Çin alimləri gənə ilə ötürülən sirli virus aşkar ediblər.
Newscenter.az Çin mediasına istinadən bildirir ki, virus "Bataqlıq Virusu" adlanırılıb.
Bu virus Krım-Konqo hemorragik qızdırması virusuna yaxın növdür. Onun ölüm nisbəti 30 faiz təşkil edir və Nairoviridae ailəsinə aid orthonairovirus cinsinə aiddir.
Həkimlər Çinin şimal-şərqində gənə dişləməsindən sonra kəskin qızdırma keçirən digər xəstələri müayinə ediblər və daha 17 bataqlıq virusu aşkar edilib. Bu da sözügedən virusun bu bölgədə geniş yayıldığını təsdiqləyir.
Virus qoyunlarda, donuzlarda və atlarda da aşkar edilib. İndiyədək bataqlıq virusu yalnız Çinin şimal-şərqində aşkar edilib.
Bununla belə, bu virusu daşıyan gənələr Avropa və Asiyada geniş yayılma sahəsinə malikdir. Bu, virusun daha geniş coğrafiyada yayıla biləcəyini göstərir.
Mehman Mehdiyev