Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daha 4 terrorçu zərərsizləşdirilib

Daha 4 terrorçu zərərsizləşdirilib



Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatına qarşı uğurlu əməliyyatını davam etdirir.

Newscenter.az Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən bildirir ki, Suriyanın şimalında Fərat Qalxanı bölgəsində müəyyən edilən 4 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

"Türkiyə Silahlı Qüvvələri terrora və terrorçulara qarşı mübarizəni var gücü ilə davam etdirir. Silahlı Qüvvələrimiz terrorçuları təmizləməyə davam edir. Gücünü nəcib millətimizdən alan Qəhrəman Türk Silahlı Qüvvələrimiz bölgədə bir dənə də olsun terrorçu qalmayana qədər qətiyyətlə mübarizəni davam etdirəcəl",-deyə nazirlik bildirir.

Anar Əliyev
Xəbəri paylaş