Bu ilin doqquz ayında dəmir yolu ilə 190 milyon tona yaxın yük daşınıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, yük daşınması ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz artaraq 124,4 milyon ton təşkil edib.
Hesabat dövründə 73,3 milyon ton daş kömür, 52 milyon ton isə bərk yanacaq respublika üzrə dəmir yolu nəqliyyatı ilə daşınıb. Taxıl daşınması ötən illə müqayisədə 11,2 faiz artaraq 1,7 milyon ton təşkil edib. Ümumilikdə 9 ay ərzində 6,7 milyon ton taxıl daşınıb.
Ümumilikdə, bu dövrdə neft yükləri 2,7% artaraq 14,4 milyon tona, qara metallar 2,8% artaraq, 3,3 milyon tona, dəmir filizi və manqan 3% faiz artaraq 15,8 milyon tona çatıb.
Mehman Mehdiyev