Türkiyədə tibb elmində ilk dəfə adı keçən sindrom aşkar edilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu dünyada ilk dəfə görülən "Giresun Sindromu"dur.
Giresunda bir xəstədə görülən bütün orqanların yerdəyişməsi nəticəsində yaranan sirroz hadisəsi dünya elmi ictimaiyyətinin diqqətini çəkib. Bu vəziyyət tibbi ədəbiyyata “Giresun sindromu” adı ilə daxil edilib.
Həkimlər bütün orqanların yerdəyişməsi və bunun nəticəsində sirrozun inkişafı ilə xarakterizə olunan bir hadisəni təsvir edərək, bu vəziyyəti “Giresun sindromu” adlandırıblar.
Bu cür xəstələr normal işləyə, yeriyə bilmir, ömrü qısalır. Qaraciyər funksiyalarında pislənmələr olur. zaman keçdikcə daha aydın görünür və müvafiq müalicə aparılmasa, xəstəlik həyat üçün təhlükəli səviyyələrə çata bilər.
Nərgiz Əzizova