Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Niderland Parlamenti erməni PKK tərəfdarlarının təsiri altında ölkəmiz əleyhinə çirkin kampaniyaya rəvac verir

Niderland Parlamenti erməni PKK tərəfdarlarının təsiri altında ölkəmiz əleyhinə çirkin kampaniyaya rəvac verir


"Niderland ilk dəfə deyil ki, Azərbaycana və eləcə də postmünaqişə dövründə regiondakı mövcud vəziyyətə münasibətdə qərəzli yanaşma nümayiş etdirir. Bundan əvvəl də Niderland Parlamenti Azərbaycan ərazilərinin azad edilməsini “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi qələmə verərək ölkəmizlə bağlı sanksiyaların qəbuluna çağırışlar etmişdi".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, indi isə separatçı rejimin təmsilçiləri, Xocalı soyqırımın günahkarlarını, uşaq qatillərini hərbi əsir kimi qələmə verərək ölkəmiz əleyhinə yeni qətnamələr qəbul edib:

"Təəssüf ki, bu təkcə Niderland Parlamentinin mövqeyi deyil, bu ölkənin xarici işlər naziri Kaspar Veldkamp da eyni mövqe ortaya qoyaraq qərəzli qətnamələr dəstəyini ifadə edib. Niderlandda, xüsusilə də paytaxt Amsterdamda böyük erməni diasporunun fəaliyyət göstərdiyi məlumdur".

Yusif Bağırzadə deyib ki, burada olan ermənilərin böyük əksəriyyəti bu ölkəyə Türkiyədən, xüsusilə də Diyarbəkir və Şırnak bölgəsindən 1970-1980-ci illərdə gəliblər:

"Onların da əksəriyyətinin həmin dövrdə “Türkiyə İşçi Partiyası” adı altında fəaliyyət göstərən PKK terror təşkilatı ilə sıx əlaqədə olduqlarını sübuta yetirən çoxsaylı faktlar var. Niderlandın həm də PKK-nın əsas təşkilatlandığı yerlərdən biri olduğunu nəzərə alsaq görərik ki, erməni diasporunun təmsilçiləri bu gün də sözügedən terror təşkilatının Niderlandda məskunlaşmış nümayəndələri ilə ortaq mövqedən çıxış edirlər.

Başqa szölə desək bu gün Niderland Parlamenti məhz erməni PKK tərəfdarlarının təsiri altında ölkəmiz əleyhinə bu cür çirkin kampaniyaya rəvac verir. Amma bizi etnik təmizləmədə ittiham edən Niderland unutmamalıdır ki, onlar Amerika, Asiya və Afrika qitələrində, eləcə də müsəlman ölkəsi olan İndoneziyada, Srebrenitsada minlərlə günahsız insanın qətlinin səbəbkarı kimi tanınırlar və bu reallaığı dəyişmək mümkün deyil. Dünyanın müxtəlif yerlərində ard-arda soyqırımlar törədən bir ölkənin bizi nədəsə günahlandırmağa nə haqqı nə də hüququ çatmır".

Süleyman
Xəbəri paylaş