Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qlobal elektrik enerjisinə ehtiyacın 9 faizi nüvə enerjisindən əldə edilir

Qlobal elektrik enerjisinə ehtiyacın 9 faizi nüvə enerjisindən əldə edilir


Qlobal elektrik enerjisinə ehtiyacın 9 faizi nüvə enerjisindən əldə edilir.

Newscenter.az xəbər verir ki, “World Nuclear Performance 2024” hesabatında belə qeyd edilir. Hesabatda qeyd edilib ki, keçən il nüvə enerjisindən istehsal olunan 2600 terawatt saat elektrik enerjisi qlobal ehtiyacın 9 faizini ödəyib. Nüvə enerjisi elektrik enerjisi təchizatı və fasiləsizliyin ən etibarlı mənbəyi hesab olunur.

Məlumata görə, nüvə enerjisindən elektrik enerjisi istehsalı keçən il əvvəlki ilə nisbətən 58 terawatt saat artıb.

Hesabatda nüvə enerjisindən elektrik enerjisi istehsalının performansı "əla" olaraq qiymətləndirilir və Fransada 42 terawatt saatlıq istehsal gücünə malik reaktorların təmirdən sonra xidmətə qayıtmasının hasilatın artmasında təsirli olduğu bildirilib.

Hesabata görə, nüvə enerjisi dünyada elektrik enerjisi təchizatı və fasiləsizliyin ən etibarlı mənbəyi hesab olunur.

Qeyd edək ki, son 20 ildə dünya üzrə nüvə reaktorlarının sayı 80 faiz artıb və atom elektrik stansiyaları 2023-cü ildə 2,1 milyard ton karbon qazı emissiyasının qarşısını alacaq. Qlobal nüvə enerjisi istehsalında artıma Asiya qitəsi rəhbərlik etdiyi halda, bu artımda lider ölkələr Çin, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya və Pakistan olub.

Mehman Mehdiyev
Xəbəri paylaş