Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın Zəngəzur dəhlizi planı

Rusiyanın Zəngəzur dəhlizi planı


"Ermənistanın baş naziri Nikol Paşinyan "Zəngəzur" dəhlizinə Rusiya FTX-nın nəzarət edəcəyini istisna etməyib. Halbuki N. Paşinyan Rusiyanın Zəngəzur dəhlizinə nəzarətini qəbul etmirdi. Hətta 10 noyabr Birgə Bəyannaməsinin qüvvədən düşdüyünü elan etmişdir.mGörünür, Moskvada V. Putinlə N. Paşinyan arasında danışıqlarda Zəngəzur dəhlizinə nəzarətlə bağlı razılaşma əldə edilib".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, razılaşma əsasında Rusiya öz sərhəd qoşunlarını İranla sərhəddən çıxardı:

"Həmçinin Türkiyə ilə sərhəddə Ermənistan sərhəd xidməti ilə Rusiya sərhədçiləri birgə xidmət aparacaq.

ABŞ N Paşinyanın bu qərarı ilə bağlı mövqe ortaya qoymayib. "Orta dəhlizi" Rusiyanın nəzarətinə vermək ABŞ, Türkiyənin və Böyük Britaniyanın da geosiyasi maraqlarına ziddir. Qeyd edim ki, Rusiya üzərindən "Orta dəhlizi" məlum hadisələrə görə işləmir. Gürcüstan hökumət Rusiya ilə əlaqələri inkişaf etdirdiyi üçün ABŞ "Zəngəzur" dəhlizinin açılmasında maraqlıdır. Həmçinin "Orta dəhlizin" İran üzərindən reallaşmasini Qərb qəbul etmir".

Politoloq onu da bildirib ki, N. Paşinyanın bu qərarı Rusiyanın Ermənistanda və regionda mövqeyinin güclənməsinə və Orta dəhlizə tam nəzarət etməsi demək olacaq:

"Rusiyanın da istədiyi bu idi. Görünür, V. Putin N. Paşinyanı ikitərəfli danışıqlar da iqtisadi və hərbi müstəvidə təhdid edib ki, bele bir beynəlxalq bir layihəyə Rusiyanın nəzarət etməsinə razılaşıb.

Ümumiyyətlə, Rusiyanın "Zəngəzur" dəhlizinə nəzarəti Azərbaycanın milli təhlükəsizlik maraqlarına cavab vermir".

Süleyman
Xəbəri paylaş