Founder Club və Azerbaijan Franchise Association birgə təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə 26 noyabr 2024-cü il tarixində “Turan e-ticarət və e-ixracat Forum”u keçiriləcək.
Newscenter.az xəbər verir ki, tədbirdə 16 ölkədən 1000 nəfər üzəri iştirakçının iştirakı planlaşdırılır. Tədbirdə dünyanın qlobal e-ticarət şirkətləri, investisiya qurumları, Türk Dövlətlər Təşkilatına üzv ölkələrin ticarət markaları, müxtəlif ərəb ölkələrindən investorlar, Hindistan, Pakistan və Çindən böyük iş adamlarının qatılımları gözlənilir.
Tədbir Konfrans, B2B görüşmələr, dəyirmi masalar və masaların müraciətlərinin dövlət təşkilatlarına ünvanlanması planlanlaşdırılır.
Tədbir MadeinTuran markasının birbaşa rəsmi tərəfdaşlığı ilə baş tutacaq.
Süleyman