Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

2030-cu ilədək 1,8 milyon ton neft və qaz-kimya məhsullarının istehsalı planlaşdırılır

2030-cu ilədək 1,8 milyon ton neft və qaz-kimya məhsullarının istehsalı planlaşdırılır


Qazaxıstanda neft və qaz-kimya məhsullarının istehsalının həcminin 2023-cü ildəki 357,8 min tondan 2030-cu ilədək 1,8 milyon tona çatdırılması nəzərdə tutulub.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu Energetika Nazirliyinin “2024-2030-cu illər üçün neft və qaz-kimya sənayesinin inkişafına dair yol xəritəsin”də əksini tapıb.

Yol Xəritəsində xammalın tədarükündən tutmuş son məhsulun istehsalına qədər fəaliyyətlər yer alır.

Sənədin məqsədi neft-qaz kimyası sahəsini inkişaf etdirmək və bu sahədə layihələrin həyata keçirilməsinə dəstək verməkdir.

Sənəddə həmçinin qeyd edilir ki, neft-qaz kimyası üzrə mövcud və yeni layihələrin zəruri xammalla təmin edilməsi, 6 layihənin həyata keçirilməsi, 14,7 milyard ABŞ dolları məbləğində investisiyaların cəlb edilməsi, təxminən 3,5 min daimi və 16 min müvəqqəti iş yerinin yaradılması nəzərdə tutulur.

Mehman Mehdiyev
Xəbəri paylaş