Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

21 il əvvəl Azərbaycan xalqı düzgün seçim edərək siyasi sabitliyə, ölkənin davamlı inkişafına səs vermiş oldu

21 il əvvəl Azərbaycan xalqı düzgün seçim edərək siyasi sabitliyə, ölkənin davamlı inkişafına səs vermiş oldu


"21 il əvvəl Azərbaycan xalqı düzgün seçim edərək siyasi sabitliyə, ölkənin davamlı və sürətli inkişafına, tərəqqiyə, sosial rifah halının yaxşılaşdırılmasına səs vermiş oldu. Azərbaycanın bu günkü inkişafının təməli məhz Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyevin ilk dəfə ölkə prezidenti seçilməsi ilə qoyuldu".

Bu fikirləri Newscenter.az-a Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü, "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Cənab İlham Əliyevin 21 il əvvəl, oktyabrın 15-də ölkə başçısı seçilməsindən danışarkən səsləndirib. O qeyd edib ki, İlham Əliyev ölkə prezidenti seçildiyi ilk gündən Azərbaycanın hərtərəfli inkişafı hesablanmış addımlar atmağa, qərarlar verməyə başladı:

"Cənab İlham Əliyev hər bir azərbaycanlının prezidenti olacağı vədini ötən 21 il ərzində yüksək idarəçilik, peşəkarlıq, xalqın yanında olması ilə sübuta yetirdi. İstər daxili və xarici siyasət, istər sosial, humanitar, istərsə də iqtisadi sahədə uğurlu siyasət həyata keçirən Cənab İlham Əliyev Azərbaycanı nəinki regionun, eyni zamanda dünyanın lider ölkəsinə çevirdi".

Arzuman Muradlı deyib ki, Cənab İlham Əliyevin ölkə başçısı və Ali Baş Komandan kimi ən böyük və tarixi uğuru 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi və suverenliyimizin tam mənada bərpa edilməsi oldu:

"Cənab İlham Əliyev xəyallarımızı gerçəkliyə çevirdi, yurd, torpaq həsrətinə son qoydu. Məhz bütün bunları nəzərə alan Azərbaycan xalqı bu gün də birmənalı olaraq Cənab İlham Əliyevi dəstəkləyir, hər addımda onun yanında yer alır. Xalq-Prezident birliyi isə bizi daha neçə-neçə uğurlara, zirvələrə aparacaq".

Süleyman
Xəbəri paylaş