Türkiyə daha bir məhsul istehsalında rekord göstərici əldə edib.
Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, Türkiyə ayran istehsalında rekord göstəriciyə imza atıb. Belə ki, iyun-avqust aylarında istehsal edilən ayranın miqdarı 249 min 649 tonla rekord qırıb.
Müvafiq olaraq, 2020-ci ilin iyun-avqust dövründə 174 min 540 ton ayran istehsal edildiyi halda, 2021-ci ildə istehsal sürətlə artaraq 217 min 12 tona çatıb.
2022-ci ilin yay aylarında istehsal 209 min 126 ton olduğu halda, istehsalın 2023-cü ildə 226 min 955 tona, 2024-cü ildə isə 249 min 649 tona yüksəldiyi məlum olub.
Beləliklə, cari olin yay aylarında istehsal olunan ayranın miqdarı 5 ildə 43 faiz artaraq rekord qırıb.
Mehman Mehdiyev