Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Ermənistanın razılığa gəlməsi üçün platforma təqdim etməyə hazırıq-TOKAYEV

Azərbaycan və Ermənistanın razılığa gəlməsi üçün platforma təqdim etməyə hazırıq-TOKAYEV



"Azərbaycan və Ermənistanın razılığa gəlməsi üçün platforma təqdim etməyə hazırıQ".

Newscenter.az xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Astanada Ermənistan prezidenti Vaaqn Xaçaturyanla görüşü zamanı deyib. Tokayev bildirib ki, Qazaxıstan tərəfi Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunması üçün gələcəkdə Almatı meydanını təklif etməyə hazırdır.

Qeyd edək ki, Qazaxıstan və Ermənistan prezidentlərinin danışıqları zamanı tərəflər ticarət-iqtisadi, nəqliyyat-logistika, kənd təsərrüfatı, maliyyə, mədəni-humanitar və rəqəmsallaşma sahələrində əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə ediblər. Həmçinin regional və beynəlxalq gündəlikdəki aktual məsələlərə toxunulub.

Süleyman
Xəbəri paylaş