Çin Rusiya ilə hərbi əlaqələri dərinləşdirməyə və iki ölkə arasında sıx, yüksək səviyyəli mübadilələri davam etdirməyə hazırdır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Pekində Rusiyanın müdafiə naziri Andrey Belousovla görüşündə Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının sədr müavini Çjan Yuxia deyib.
“İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümünü yeni başlanğıc nöqtəsi kimi istifadə edərək, biz Rusiya ilə birlikdə Çin-Rusiya münasibətlərini daim gücləndirməyə və inkişaf etdirməyə hazırıq”, - deyə o bildirib.
Çjan Yuxia ümid etdiyini bildirib ki, hər iki tərəf iki dövlət başçısının mühüm konsensusunu həyata keçirmək, sıx yüksək səviyyəli mübadilələri davam etdirmək, iki ölkə arasında hərbi əlaqələri dərinləşdirmək və genişləndirmək, milli suverenlik, təhlükəsizlik sahələrində öz maraqlarını qorumaq üçün birgə çalışacaqlar.
Mehman Mehdiyev