Daha iki Cənubi Afrika ölkəsində meymunçiçəyi virusuna yoluxma halı aşkar edilib.
Newscenter.az xarici KİV-ə istinadən bildirir ki, Zimbabve və Zambiyada ilk meymun çiçəyi hallarına rast gəlinib.
Zimbabve Səhiyyə və Uşaq Baxımı Nazirliyindən verilən açıqlamada, ölkədə ilk meymun çiçəyi xəstəliyinin ötən ay Cənubi Afrika Respublikasına səfər edən 11 yaşlı uşaqda aşkar edildiyi bildirilib.
Açıqlamada, Tanzaniyaya səyahət keçmişi olan 24 yaşlı bir kişidə virusun aşkarlanması ilə ölkədə meymun çiçəyi xəstələrinin sayının 2-yə yüksəldiyi bildirilib.
Açıqlamada hər iki xəstənin səhhətinin yaxşı olduğu qeyd edilib.
Zambiya Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkədə ilk meymun çiçəyi xəstəliyinin ötən ay ölkəyə gələn 32 yaşlı Tanzaniya vətəndaşında aşkar edildiyi açıqlanıb.
Nərgiz Əzizova