Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan: Bizim siyasət anlayışımıza görə yol sivilizasiyadır

Ərdoğan: Bizim siyasət anlayışımıza görə yol sivilizasiyadır


"Bizim siyasət anlayışımıza görə yol sivilizasiyadır. Yol nəqliyyat deməkdir. Bu anlayışla biz böyük addımlar atdıq və ölkəmizi nəqliyyat və infrastruktur sahəsində iddialı səviyyəyə çatdırdıq".

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Beynəlxalq Yol Federasiyası 2024 Dünya Konqresinə video müraciət zamanı səsləndirib.

"Ümid edirəm ki, Türkiyənin ev sahibliyi etdiyi Beynəlxalq Yol Federasiyası 2024 Dünya Konqresi ölkəmiz və bütün iştirakçı üzvlər üçün faydalı olacaqdır. Nəqliyyat və İnfrastruktur Nazirliyimizin rəhbərliyi ilə keçirilən bu tədbirdə əməyi olan qurum və təşkilatlarımızı təbrik edirəm. Müxtəlif ölkələrdən konqresdə iştirak etmək üçün gözəl İstanbulumuza gələn qonaqlarımızı salamlamaq istərdim",-deyə Türkiyə lideri vurğulayıb.

Anar Əliyev
Xəbəri paylaş