Cari ilin əvvəlindən 12,4 milyon kvadratmetr mənzil istifadəyə verilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz çoxdur.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu Qazaxıstanın baş nazirinin müavini, milli iqtisadiyyat naziri Nurlan Baybazarov hökumətin iclasında deyib. O bildirib ki, 2024-cü ilin 9 ayında tikinti işlərinin sürəti 10,1 faiz artıb:
"Müsbət dinamika 18 regionda qeydə alınıb, tikinti-quraşdırma işlərində ən çox artım Qızılorda, Qaraqanda, Türküstan, həmçinin Jetisu və Abay vilayətlərində müşahidə olunub".
Mehman Mehdiyev