Türkiyə kərə yağı istehsalında rekorda imza atıb.
Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, cari ilin iyununda ölkədə 7 min 386 ton, iyulda 7 min 776 ton, avqustda 7 min 496 ton kərə yağı istehsal olunub.
Məlumata görə, 2020-ci ilin iyun-avqust aylarında 18 min 269 ton kərə yağı istehsal edildiyi halda, 2021-ci ildə istehsal həcmi 19 min 946 ton olub. 2022-ci ilin yay aylarında istehsal 20 min 484 tona, 2023-cü ildə isə 21 min 65 tona yüksəlib. 2024-cü ilin iyun-avqust dövründə kərə yağı istehsalı 2020-ci ilin sözügedən dövrü ilə müqayisədə yüzdə 24 artaraq rekord səviyyəyə - 22 min 658 tona çatdı.
Mehman Mehdiyev