Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

MİT-dən Afrikada Əl Qaidə əməliyyatı

MİT-dən Afrikada Əl Qaidə əməliyyatı


Türkiyənin Milli İsthbarat Təşkilatı (MİT) Afrikada uğurlu əməliyyat həyata keçirib.

Newscenter.az MİT-ə istinadən bildirir ki, təşkilat Türkiyə Silahlı Qüvvələrinin Suriyadakı bazalarına qarşı terror aktı törətdiyi məlum olan “Əl-Qaidə” terror təşkilatının üzvü Əhməd Baykaranı Afrikada keçirdiyi əməliyyatla həbs edib.

“Əl-Qaidə” üzvü Baykaranın Suriyanın İdlib şəhərində Türkiyə Silahlı Qüvvələrinin baza ərazilərinə və Türkiyə Silahlı Qüvvələrinə məxsus karvana qarşı əməliyyatlarda əli olduğu müəyyən edilib. Baykaranın Türkiyə Silahlı Qüvvələrinə qarşı bir çox aksiyalar planlaşdırdığı da üzə çıxıb.

Qeyd edək ki, Baykara Türkiyə və Suriyada "Əl Qaidə" adına bir çox fəaliyyət həyata keçirib. O, 2014-2019-cu illərdə Suriyada" Əl-Qaidə" və müxtəlif qruplaşmalarda iştirak edib. Suriyada yerli polis məntəqələrinə 5, Suriyanın Taka şəhərində isə 3 bombalı hücum həyata keçirib. O, Türkiyədə həssas məqamlarla bağlı tədbirlər planlaşdırıb.

Anar Əliyev
Xəbəri paylaş