"Azərbaycan Ordusu 44 günülk Vətən müharibəsində Şuşaya bayrağımızı sancaraq şanlı Qələbə qazandıqdan sonra xalqımız niyə Xankəndinə daxil olmadıq, deyə bu suala cavab axtarırdı.
Ali Baş Komandan İlham Əliyev hələ 2021-ci il iyunun 15-də Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Cıdır düzündən Xankəndini gösrərək “Orada gedəcəyik” mesajı ilə cavabını vermişdi.
İlham Əliyev ötən il oktyabrın 15-də, hakimiyyətinin 20-ci ildönümü günü Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaldaraq “Biz buradayıq” mesajını yekunlaşdırdı".
Newscenter.az xəbər verir ki, bunu siyasi elmlər doktoru, professor Vaqif Abdullayev deyib. O bildirib ki, ölkəmizin ərazi bütövlüyünü və Konstitusuta quruluşunu büsbütün bərqərar edən Prezident Xankəndinin əsas meydanında son missiyasını da yerinə yetirdi.
“İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat bu müqəddəs məqsədə doğru gedirdik”.
O, Sözünə, Vədinə Xanın kəndində ləyaqətli İmzası ilə nöqtə qoydu"
Vaqif Abdullayev vurğulayıb ki, Xankəndi Zəfəri həm də “Heydər Əliyev İli”ndə gerçəkləşdi, Ulu öndərin Vəsiyyətinin sonuncu nöqtəsi də tamamlandı:
"Cənab Ali Baş Komandan Azərbaycan torpağında 200 il yuva salmış erməni separatizminin sonuncu sığınacağını da təmizlədi.
Bununla da Vətən müharibəsinin sonuncu qürurverici səhifəsinə Nida qoyuldu".
Anar Əliyev