Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qabil Əliyevin cəfəngiyatları

Qabil Əliyevin cəfəngiyatları


Ötən il "t.ü.e.d", "prof" Qabil Əliyevin özünün "Qafqaz tarixi" kitabında ermənilərin saxta tarixinin işıqlandırması, kökündən cəfəng olan məlumatları oxuculara mənbə kimi təqdim etməsi haqqında yazmışam. Silsilə tənqidlərin davamı kimi bu yazımda kitabdakı növbəti ciddi nöqsanlara diqqət çəkəcəm.

Kitabda yazır:

1. "Mənbələrin çox əhəmiyyətli bir hissəsini yerli tarixi əsərlər və salnamələr təşkil edir. Qafqazın erkən orta əsrlər dövrü tarixi, xüsusən də regionun cənub-qərb hüdudlarında baş verən hadisələr haqqında erməni dilli qaynaqlarda xeyli məlumatlar vardır. Onların içərisində V əsrdə yaşamış Aqatangelin, Pavustos Buzandın, Eqişenin (Elişenin), VI əsr müəllifləri Lazar Perpetsinin və Movses Xorenatsinin əsərləri bu baxımdan xarakteridir."
2. "Ermənistanda "erməni tarixinin atası" sayılan M.Xorenatsi " Ermənistan Tarixi" adlı əsərində ermənilərin mənşəyindən 428-ci ilə qədərki dövr əks olunmuş və tarixi faktlardan daha çox əfsanələrə yer verilmişdir. Yepiskop Sobeosun və Ovxan Mamikonyanın əsərlərində isə ermənilərin və qonşu xalqların ərəb dövrü tarixinə aid xeyli fakt əks olunmuşdur. Erməni qaynaqlarında qədim Albaniya və Atropatena haqqında məlumatların sistemləşdirilməsi və tədqiqi sahəsində T.M.Məmmədovun böyük xidməti olmuşdur.

Sual olunur:

A. Qafqaz tarixindən, xüsusilə də onun qədim dövrdən bəhs edən Qabil Əliyev nə üçün erməni mənbələrini əsas götürərək tarixi faktları onların dili ilə səsləndirir?
B. Qabil Əliyev ermənilərin Qafqazda qədim tarixlərinin olmadığını bilmirmi? Əgər bilirsə nəyə görə hər vəchlə onları Qafqaza yamax etməyə çalışır?

C. Bütün əsərlərində Azərbaycanı, onun tarixini məhv etməyə, silməyə çalışan erməni müəlliflərinin dırnaqarası əsərlərini Qafqaz tarixinin əsas mənbəsi kimi göstərən "professorun" Azərbaycanın milli maraqlarının əksinə getməsi suallarımızın sayını daha da artırır. Qabil Əliyev nə etmək istəyir?

D. Erməni tarixçilərinin cəfəngiyatları və uydurmaları əsasında Albaniya və Atropatena haqqında məlumatların sistemləşdirilməsinə diqqət çəkən və yuxarıda adı qeyd olunan tarixçinin araşdırmalarını mühüm hesab edən Qabil Əliyevin bu məsələdə də ikibaşlı oyun oynadığı, mövcud əsərin həqiqətən də erməni uydurmaları əsasında yazıldığı ortaya çıxır. Belə olan halda "professorun" əsl mövqeyi və əldə etmək istədikləri haqlı olaraq maraq doğurur. Qabil Əliyev yuxusunda gördüklərini yoxsa ona göstərilənləri yazır?

Bir sözlə Qabil Əliyevin kitabında yazdıqları Azərbaycan tarixinə, xalqımızın və dövlətimizin milli mənafeyinə kökündən ziddir. Bütün bu cəfəngiyatların gənclərə öyrədilməsi isə biabırçılıqdır!

Anar Salehoğlu,
İctimai-siyasi fəal
Xəbəri paylaş