Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrinin hökumət başçıları Pakistanda bir araya gəlir.
Newscenter.az TASS-a istinadən bildirir ki. hökumət başçıları səviyyəsində ttədbirlər 15-16 oktyabr tarixlərində keçiriləcək.
Oktyabrın 15-16-da keçiriləcək tədbirlərdə Rusiya, Belarus, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Tacikistan və Özbəkistanın baş nazirləri, İranın birinci vitse-prezidenti və Hindistanın ali nümayəndəsi iştirak edəcək.
İştirakçılar ŞƏT-in ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığının dərinləşdirilməsi üzrə prioritet vəzifələri nəzərdən keçirəcəklər. Xüsusilə, yeni geosiyasi vəziyyətə uyğun olaraq ŞƏT-in fəaliyyətinin hərtərəfli modernləşdirilməsi çərçivəsində ticarət-iqtisadi əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcəklər. ŞƏT-in qlobal iqtisadiyyatda problemlərinin həllinin razılaşdırılmış yolları yekun Birgə Kommunikedə öz əksini tapacaq.
Həmçinin hökumət başçıları Belarus Respublikasının təşkilata qəbulunu, ŞƏT-in regional antiterror strukturu katibliyinin və icraiyyə komitəsinin ştat cədvəlini, sazişə dəyişikliklər edilməsi haqqında protokolu nəzərə alaraq yenilənmiş büdcəni təsdiq edəcəklər.
Anar Əliyev