Türkiyədə daha 30 qeyri-qanuni miqrant saxlanılıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə İzmirdə qeydə alınıb. Belə ki,
İzmir sahillərində 10-u uşaq olmaqla 30 qeyri-qanuni immiqrant saxlanılıb.
Sahil Mühafizə Komandanlığının internet saytında yer alan açıqlamaya görə, İzmirin Karaburun mahalı sahillərində xilasedici sallarda bir qrup nizamsız immiqrantın olduğu xəbəri üzərinə bölgəyə bir qayıq qrupu göndərilib.
Komandalar Yunanıstan ünsürləri tərəfindən yenidən Türkiyə ərazi sularına sıxışdırılan 2 xilasedici salda 6-sı uşaq olmaqla 21 qeyri-qanuni immiqrantı gəmidən endirib.
Mehman Mehdiyev