Azərbaycan Dövləti Və Xalqı 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin dördüncü ildönümünü təntənə ilə qeyd edir.
İlk öncə, bu Zəfəri bizə bəxş edən əziz şəhidlərimizin ruhu qarşısında baş əyir, onların ailələrinə dözüm və səbr arzulayıram. Cəsur qazi və bütün müharibə iştirakçılarına dərin minnətdarlığımı bildirir, sağlamlığını itirmiş qazilərə şəfa diləyirəm.
Zəfərin memarı olan Cənab Prezidentə bizim qürurumuzu və ləyaqətimizi bərpa etdiyinə, ərazilərimizin hər qarışını qaytardığına görə, tükənməz sayğılarımı ifadə edirəm.
İkinci Qarabağ müharibəsinin hər günü bizim üçün qürurverici, hər saatı Qələbə müjdəli xəbərlərlə doludur. Yenilməz Azərbaycan Ordusu Ali Sərkərdəsinə sığınaraq hər gün irəli getdi, hər gün düşməni məhv edərək kənd və qəsəbələrimizi, şəhərlərimizi azad ertdi.
Zəfərin ən uca zirvəsi noyabrın 8-də Şuşanın azad olunması ilə möhtəşəmlik qazandı.
Şuşa qalibiyyəti Zəfərimizin rəmzidir. Şuşa hər bir azərbaycanlının baş tacı, ürəyidir.
Ulu öndər Heydər Əliyev vaxtilə deyirdi ki, Şuşa təkcə şuşalılar üçün deyil, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir".
"Biz bir gün Şuşaya qayıdacağıq, Qarabağa qayıdacağıq" deyən Heydər Əliyev bu taleyüklü Əmanəti İlham Əliyevə verdi.
Cənab İlham Əliyev 18 ilini gecə-gündüz bu müqəddəs vəzifəni yerinə yetirmək üçün səfərbər etdi. Heç vaxt ruhdan düşmədi, beynəlxalq təzyiq və riyakarlıqlara sinə gərdi, Qələbə əzmini və İnamını itirmədi. Bütün var-gücünü, dövlətin imkanlarını Ali Məqsədə çatmağa yönəltdi.
Ermənistanın və havadarlarının layiqli dərsini verdi, 30 il Azərbaycanna vədlər verən Minsk qrupunun saxtakar sülh missiyasını ifşa etdi, BMT-nin saralmış və icra edilməyən kağızlarını özü hüquqi qüvvəyə mindirdi.
Ali Baş Komndan və Rəşadətli Azərbaycan Ordusu öz gücü və ehtişam mübarizliyi, döyüş qabiliyyəti ilə tarix yazdı, hec kimin təsəvvür edə bilmədiyi sıldırım qayalardan Şuşaya- Vətənin qəlbinə yetişdi.
Prezident İlham Əliyev Şuşa qalibiyyətinin Vətən müharibəsində yekun hədəfə çatmaqda mühüm rolunu nəzərə alaraq noyabrın 8-ni Zəfər Günü kimi əbədiləşdirilib.
Şuşa 4 ildir ki, öz əzəməti, möhtəşəm ucalığı ilə Azərbaycan xalqının qürur və iftixar simasına çevrilib.
Əziz həmvətənlər, Zəfər bayramının ildönümü münasibətilə hər birinizi təbrik edir, qürurlu və suveren Azərbaycanın layiqli vətəndaşları kimi uğurlar arzulayıram!
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor