Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan və Özbəkistan investisiya və ticarət tərəfdaşlığını gücləndirir

Qazaxıstan və Özbəkistan investisiya və ticarət tərəfdaşlığını gücləndirir


Qazaxıstan və Özbəkistan Daşkənddə investisiya və ticarət tərəfdaşlığının gücləndirilməsinə dair danışıqlar aparıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstan İnvest milli şirkəti məlumat yayıb.

Məqsəd iki ölkə arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığının, sənaye əməkdaşlığının, logistikanın genişləndirilməsi, o cümlədən ticarət prosedurlarının sadələşdirilməsi və hər iki ölkənin bazarlarına məhsul tədarükünün həcminin artırılması üçün şərait yaratmaqdır.

İnvestisiyaların cəlb edilməsi, o cümlədən investisiya mühitinin yaxşılaşdırılması və sahibkarlıq fəaliyyəti üçün əlverişli şəraitin yaradılması məsələləri də görüşdə müzakirə edilib. Sənaye və ticarət sahəsində birgə layihələrin hazırlanması ətrafında fikir mübadiləsi aparılıb.

Mehman Mehdiyev
Xəbəri paylaş