Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İqlim dəyişikliyi şokoladı da təhdid edir

İqlim dəyişikliyi şokoladı da təhdid edir


Keçən il Qərbi Afrikada bir neçə həftə davam edən həddindən artıq istilər qlobal şokolad istehsalının əsasını təşkil edən kakao yığımına mənfi təsir göstərib.

Newscenter.az Röyters-ə istinadən bildirir ki, tədqiqatçılar bunun istehsalın azalmasına səbəb olduğunu və kakao qiymətlərinin rekord səviyyələrə çatdığını deyirlər.

Dünya kakao istehsalının təxminən 70 faizini təşkil edən Qərbi Afrikadakı fermerlər son illərdə həddindən artıq temperatur, xəstəliklər və qeyri-sabit yağışlarla mübarizə aparırlar. Bu neqativlər kakao istehsalının azalmasına və qiymətlərin sürətlə artmasına səbəb olub.

Climate Central müstəqil araşdırma qrupunun hesabatına görə, neft, kömür və metan qazının yanması səbəbindən artan temperatur xüsusilə Fil Dişi Sahili, Qana, Kamerun və Nigeriyada üstünlük təşkil edir. Fil Dişi Sahili və Qananın ən böyük istehsalçılar olduğunu vurğulayan tədqiqatçılar temperatur məlumatlarını və iqlim modellərini araşdıraraq qlobal istiləşmənin təsirlərini qiymətləndiriblər.

Araşdırmalar çərçivəsində kakao istehsalı üçün ideal temperaturun 32 dərəcə olduğu və son on ildə bu səviyyədən yuxarı olan isti günlərin sayının üç həftə artdığı müəyyən edilib.

2023-cü ildə qlobal orta temperatur rekord səviyyəyə çatdıqda, tədqiq edilən bölgələrin üçdə ikisində ən azı 42 gün ərzində 32 dərəcədən yuxarı temperatur müşahidə edilib.

Alimlər qeyd edirlər ki, həddindən artıq istilər kakaonun məhsuldarlığını və keyfiyyətini azaldır. Bundan əlavə, davamlı yağışlar, qaçaqmalçılıq və qeyri-qanuni mədənçilik kimi digər amillər də kakao istehsalına mənfi təsir göstərir.

Mehman Mehdiyev
Xəbəri paylaş