
Qazaxıstanda əlvan metalların istehsalı və dərin emalı üzrə Çinin East Hope Group investisiya layihəsinin həyata keçirilməsinə dair çərçivə sazişi imzalanıb,
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstan İnvest NC-nin mətbuat xidməti məlumat yayıb.
İmzalanma mərasimində Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Kuantyrov, sənaye və tikinti nazirinin müavini Oljas Saparbekov, East Hope Group-un baş direktoru Çanqjun Menq iştirak ediblər.
Layihə çərçivəsində ölkənin iki rayonunda yeni istehsal müəssisəsi tikiləcək. Bu, metallurgiya sektorunda qabaqcıl texnologiyaların tətbiqinə və hazır məhsulların beynəlxalq bazarlara, o cümlədən Avropa İttifaqı, Mərkəzi Asiya və Çinə ixracını genişləndirməyə imkan verəcək.
İnvestisiyaların ümumi həcmi 12 milyard dollar qiymətləndirilir.
Mehman Mehdiyev