Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daha 2 pullu yol çəkiləcək

Daha 2 pullu yol çəkiləcək


Fevralın 22-dən avtobus və yük maşınları üçün daha iki hərəkət zolağı ödənişli olacaq.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə “KazAvtoJol” məlumat yayıb.

Birinci yol, "Kostanay-Rusiya sərhədi (Troitsk)" avtomobil yolunun 539-dan 376-cı kilometrə qədər olan hissəsidir.

Bu hissədə sürücülərə "RF sərhədi (Yekaterinburqa) - Almatı" respublika avtomobil yolu və "Kostanay - Rudnı - Ayelet - RF sərhədi" regional avtomobil yolu ilə alternativ marşrut təklif olunur. Yəni pullu yolla getmək istəməyənlərin pulsuz yolla getmək imkanı var.

Ödənişli hissənin uzunluğu 163 kilometrdir və II və III texniki kateqoriyalardan ibarətdir. Yolun eni 3,5 metrdir.

İkincisi, Aktobe-Martok-Rusiya sərhədi (Orenburqa) II kateqoriyalı respublika əhəmiyyətli avtomobil yolu ilə Aktobe-Rusiya sərhədi (Orska) alternativ respublika əhəmiyyətli avtomobil yolu ilə hərəkət etmək mümkündür.

Ödənişli yolun uzunluğu 82 kilometr 692 metrdir. Yol II kateqoriyaya aiddir, eni minimum 3,75 metrdir.

Magistral yolda ödəniş məntəqələri olmayacaq, əvəzində rahat "açıq" ödəniş sistemindən istifadə olunacaq.

Mehman Mehdiyev
Xəbəri paylaş