
Mənzil İnşaatı Dövlət Agentliyinin müraciəti əsasında Azərbaycan vətəndaşı Kənan Urfan oğlu Şərifov Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə müəyyən edilərək saxlanılıb.
Newscenter.az-ın məlumatına görə, o, digərləri ilə birlikdə Mənzil İnşaatı Dövlət Agentliyinin adından saxta sənədlər hazırlayıb istifadə etməklə, müxtəlif ünvanlara, o cümlədən banklara göndərməklə çoxsaylı vətəndaşların külli miqdarda pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinir.
K.Şərifov barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Mehman Mehdiyev