
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanın müdafiə naziri Rüstəm Umerovla görüşüb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, görüşdə Türkiyə-Ukrayna münasibətləri ilə yanaşı, Rusiya-Ukrayna müharibəsinin mövcud vəziyyəti, müharibənin sona çatması istiqamətində ortaya qoyulan təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı həmçinin bu istiqamətdə Türkiyənin vasitəçiliyi, bu vaxta qədər keçirilən görüşlər və gələcəkdə atılacaq mümkün addımlar müzakirə edilib.
Qeyd edək ki, Rüstəm Umarov Ukrayna prezidenti Volodimir Zelenskinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Türkiyəyə səfər edib.
Anar Əliyev