Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İşsizlik səviyyəsi azalıb

İşsizlik səviyyəsi azalıb


Türkiyədə keçən ilin dördüncü rübündə işsizlik nisbəti əvvəlki rüblə müqayisədə 0,1 bal azalaraq 8,6 faiz olub.

Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən xəbər verir ki, Türkiyədə 15 və daha yuxarı yaşda olan işsizlərin sayı, əvvəlki dövrə görə 23 min adam azalaraq, keçən ilin dördüncü rübündə 3 milyon 80 min nəfər təşkil edib.

2023-cü ilin eyni dövrü ilə müqayisədə sözügedən dövrdə işsizlik səviyyəsi 0,2 bənd azalıb. İşsizlik səviyyəsinin kişilər üçün 6,9 faiz, qadınlar üçün isə 11,8 faiz olacağı proqnozlaşdırılırdı.

15-24 yaşlı gənc əhali arasında işsizlik səviyyəsi ötən ilin dördüncü rübündə əvvəlki rüblə müqayisədə 0,5 bənd azalaraq 16,1 faiz təşkil edib. Bu yaş qrupunda işsizlik nisbəti kişilər üçün 12,6 faiz, qadınlar üçün isə 22,5 faiz təşkil edib.

Anar Əliyev
Xəbəri paylaş