
Qazaxıstanın Atırau şəhərindən Tbilisiyə birbaşa uçuşlar həyata keçiriləcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, birbaşa uçuşlar bu il mayın 27-dən başlayacaq,
Airbus təyyarələri həftədə üç dəfə - çərşənbə axşamı, cümə və bazar günləri uçacaq.
Uçuşun müddəti 1 saat 50 dəqiqədir. KC125 reysi yerli vaxtla saat 08:00-da Atıraudan qalxır və Tbilisiyə saat 09:50-də çatır. KC126 dönüş reysi Tbilisidən saat 09:50-də qalxır və saat 12:40-da Atırauya enir.
Ekonom klass biletinin qiyməti 113 375 tengedən, biznes klassda isə 308 081 tengedən başlayır. Bu, bütün rüsumlar və vergilər daxil olmaqla, gediş-dönüş biletinin qiymətidir.
Mehman Mehdiyev