Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tütünə qarşı mübarizədə yeni yol xəritəsi hazırlanır

Tütünə qarşı mübarizədə yeni yol xəritəsi hazırlanır


Türkiyədə tütünə qarşı mübarizədə yeni yol xəritəsi hazırlanıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə Səhiyyə nazirinin müavini Şuayıp Birinci məlumat verib.

Türkiyədə siqaret çəkməyə başlama yaşının 13-15-ə düşdüyünü qeyd edən nazir müavini deyib ki, əvvəllər tütündən istifadənin qarşısının alınması üçün böyük işlər görülürdüsə, hazırda tütün və tütün məmulatlarının istifadəsi ilə bağlı siyasətdə ciddi dəyişikliklər edilib.

Bu mövzuda yeniliyin edildiyini bildirən Birinci, “Hər gün fərqli bir üsulla gənclərin zərərsiz kimi təqdim etdikləri tüstüsüz tütün, elektron siqaret kimi bəzi cihazların ya daha az zərərli, ya da zərərsiz olduğuna dair təsəvvürlər yaradaraq istifadə etməyə çalışırlar”,-deyə vurğulayıb.

Mehman Mehdiyev
Xəbəri paylaş