Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağdamda avtomobil aşıb, ölən və xəsarət alanlar var

Ağdamda avtomobil aşıb, ölən və xəsarət alanlar var


Ağdam rayonunda bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, hadisə rayonun Xıdırlı kəndi ərazisində baş verib

Hərəkətdə olan "VAZ-2107" markalı avtomobil idarəetməni itərərək aşıb.

Nəticədə İlyas Allahyar oğlu Allahverənov hadisə yerində ölüb. Avtomobildə olan 1992-ci il təvəllüdlü Natiq Zakir oğlu Məmmədov, 1997-ci il təvəllüdlü Elmin Arzu oğlu Əmənov və 1991-ci il təvəllüdlü Amik Rafiq oğlu Cəfərov ağır xəsarət alaraq təcili tibbi yardım maşını ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş