Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məktəb direktorları büdcə vəsaitini qumarda uduzublar

Məktəb direktorları büdcə vəsaitini qumarda uduzublar


Qazaxıstanda büdcə vəsaitlərini qumar oyunlarına sərf edən məktəb direktorları barədə cinayət işi açılıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, iki idman məktəbinin direktoru büdcə vəsaitlərini bukmeker kontorlarına yönəldiblər,

Onlar qumar oyununa 12 milyon tenge büdcə vəsaiti qoyublar.

Bundan başqa direktorlar büdcəyə daxil olmalı olan pulları öz mənfəətləri üçün istifadə edərək idman meydançalarını və zallarını icarəyə veriblər.

Məktəb direktorları ilə bağlı istintaq yekunlaşıb və cinayət işi məhkəməyə göndərilib.

Anar Əliyev
Xəbəri paylaş