
Rusiyanın texnologiya şirkəti Yandex-in gəliri 2024-cü ildə illik müqayisədə 37 faiz artaraq ilk dəfə olaraq 1 trilyon rublu (təxminən 11,2 milyard dollar) ötəcəyi gözlənilir.
Newscenter.az TASS-a istinadən bildirir ki, “Yandex”dən verilən açıqlamada şirkətin xalis mənfəətinin ötən il 2023-cü ilə nisbətən 94 faiz artaraq 100,9 milyard rubla çatdığı bildirilib.
2025-ci ildə isə gəlirdə 30 faizdən çox artımın gözlənildiyi bildirilib.
Qeyd edək ki, Yandex-in əsas şirkəti Hollandiyada yerləşən Yandex NV ötən il Rusiyadakı aktivlərini rusiyalı investorlar konsorsiumuna 475 milyard rubla (təxminən 5,2 milyard dollar) satıb.
Mehman Mehdiyev