Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ötən il xaricdən 2,2 milyard dollar dəyərində 160 min ton geyim idxal edilib.

Ötən il xaricdən 2,2 milyard dollar dəyərində 160 min ton geyim idxal edilib.


Qazaxıstan ötən il 2,2 milyard dollar dəyərində 160 min ton geyim idxal edib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu ilin yanvarında Qazaxıstanda üst geyimlərin qiyməti 10% artıb. Xüsusilə Türküstan və Şərqi Qazaxıstan bölgələrində geyim qiymətlərində xeyli artım nəzərə çarpıb.

Jambil rayonunda isə əksinə, geyimlərin qiyməti ucuzlaşıb.

Kişi geyimləri orta hesabla 9,9 faiz, qadın geyimləri 10,3 faiz, uşaq geyimləri isə 9,7 faiz bahalaşıb.

Ötən ilin yanvar-noyabr aylarının yekunlarına görə, yerli şirkətlər üst geyimə olan tələbatı bir il əvvəlki 0,4 faizlə müqayisədə cəmi 0,6 faiz ödəyə bilib. Ölkədə 602,6 min ədəd üst geyim istehsal edilib, idxal isə 92,3 milyon ədəd təşkil edib. Eyni zamanda, Qazaxıstanda üst geyimlərin satışı 33,2% azalaraq 88,4 milyon adda olub.

Ötən ilin 12 ayında ölkəyə 2,2 milyard ABŞ dolları dəyərində 159,7 min ton geyim idxal olunub.

Mehman Mehdiyev
Xəbəri paylaş