Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropada Tesla satışları kəskin şəkildə azalıb

Avropada Tesla satışları kəskin şəkildə azalıb


Avropada Tesla avtomobil satışları yanvar ayında keçən ilin eyni dövrü ilə müqayisədə 45,2 faiz azalıb.

Newscenter.az Avropa Avtomobil İstehsalçıları Assosiasiyasına (ACEA) istinadən xəbər verir ki,
ötən ilin yanvar ayında 18 161 ədəd olan Tesla satışları bu ilin eyni dövründə 45,2 faiz azalaraq 9 945 ədəd olub.

İlon Maskın ABŞ prezidenti Donald Trampın andiçmə mərasimində etdiyi və internetdə nasist salamına bənzətdiyi əl jesti, Almaniyada ifrat sağçı siyasətçilərə açıq dəstək verməsi və İngiltərə siyasətinə qarışması kimi mübahisəli davranışı avropalıların şirkətdən uzaqlaşmasına səbəb olur.

Tesla satışları demək olar ki, bütün Avropa ölkələrində, xüsusilə Almaniya, Fransa, İtaliya, İspaniya və Böyük Britaniyada azalır.

Mehman Mehdiyev
Xəbəri paylaş