Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Biz Xocalınln qisasını aldıq

Biz Xocalınln qisasını aldıq


"Bəşər tarixində saysız müharibələr və həmin proseslərdən qaynaqlanan kütləvi qırğınlar, etnik təmizləmələr olub. İnsan övladının gücə sahib olmaq istəyi hər zaman müsibətlər və faciələrlə yadda qalıb".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Pərviz Mirizadə səsləndirib. O deyib ki, Azərbaycan xalqı da əsrlərdir bu coğrafiyada yaşam və var olmaq savaşı verir:

"İki əsrdir imperiya siyasətinin tərkib hissəsi olan erməni məsələsi xalqımıza, dini dəyərlərimizə, soy-kökümüzə və dövlətçilik ənənələrimizə təhdid yaradıb. Elə qəbul olunmasın ki, biz bu tayfa təxəyyülü ilə idarə olunan millətdən çəkinmişik. Bu belə deyil. Şimaldan əsən küləklər və bəzi hallarda öz insani dəyərlərimiz ermənilər üçün xislətlərini reallaşdırmaq üçün əlverişli şərait yaradıb. Dondan-dona girməyi yaxşı bacaran bu xalq isə tarixən Çar Rusiyasının və onun adı dəyişmiş forması olan SSRİ - nin qorxunc ambisiyalarının aləti olub. Ələ düşən fürsətdən maksimum dərəcədə istifadə etməyi bacaran ermənilər iki əsri əhatə edən zaman kəsiyində xalqımıza qarşı qətliamlar, etnik təmizləmələr və ağlasığmaz vəhşiliklər törətmişdir. Xocalı soyqırımı həmin faciələrin kuliminasiya nöqtəsidir. İnsanlıq tarixində bir çox kütləvi qətliamlar, qırğınlar olmuşdur. Holokost, Srebrenitsa qətliamı, fransızlar tərəfindən minlərlə əlcəzairlilnin öldürülməsi və s.

Lakin, ölmüş cəsədlər üzərində müxtəlif təhqiredici hərəkətlərə yol verilən ikinci bir soyqırım faktı yoxdur".

Pərviz Mirizadə deyib ki, Xocalı soyqırımı əsrin fəlakətdir:

"Hesab edirəm ki, 26 Fevral insanlığın öldüyü tarix kimi qeyd olunmalıdır. Çünki bütün dünyanın gözü qarşısında bu qətliam törədildi və heç bir dövlət, təşkilat reaksiya vermədi. Cəzasızlıq mühitində özünü sərbəst hiss edən Ermənistan isə 30 ilə yaxın torpaqlarımızı işğal altında saxladı. Çox təəssüf hissi ilə qeyd edirəm ki, bir çox dövlətlər, xüsusilə, xristian dünyası hələ də Azərbaycan və Ermənistan münasibətlərinə xristian təəssübkeşliyi prizmasından yanaşır və həqiqətləri görməzdən gəlir.

Baxmayaraq ki, işğal dövründə rəsmi İrəvan Dördüncü Cenevrə Konvensiyası başda olmaqla bir çox ali qanunları kobud şəkildə pozub. Lakin, yekunda hər zaman haqlı ola-ola haqsız vəziyyətinə düşürülmək istənilən tərəf biz olmuşuq. Artıq heç kimə sirr deyil ki, dünyadan ədalət gözləmək sadəlövhlükdür. Yalnız öz gücün və imkanların hesabına onu təmin edə bilərsən".

Pərviz Mirizadə onu da qeyd edib ki, Azərbaycan 44 günlük Vətən Savaşı və 23 saatlıq antiterror tədbirləri ilə ilk növbədə tapdalanan ədaləti bərpa etdi:

"Əsgərimiz müharibə meydanında milli kimliyimizə və dini dəyərlərimizə yaraşan tərzdə döyüşdü və heç bir silahsız erməniyə toxunmadı. Biz Xocalının qisasını aldıq. İnsanlıq xeyrin şər üzərində mütləq qələbəsinin şahidi oldu.

Artıq Xocalı şəhəri işğaldan azad olunub və öz doğma sakinlərini qarşılayır. Yenilənən Xocalı göz oxşayır.
Azərbaycan dövlətinin və xalqımızın birliyi açılan bütün yaraları sarmağa kifayət edir.

Allah şəhidlərimizə rəhmət eləsin".

Süleyman
Xəbəri paylaş