
Milli Məclisin Hesablayıcı komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏTPM) nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev bu qurumun Daimi komitəsinin xüsusi iclasında iştirak etmək üçün fevralın 26-da Türkiyə Respublikasının İstanbul şəhərinə səfər edəcək.
Newscenter.az xəbər verir ki, tədbir çərçivəsində “Tərəfdaşlıq münasibətlərinin gücü: mövcud əməkdaşlığın nəticələrinin qiymətləndirilməsi və gələcək imkanların nəzərdən keçirilməsi” mövzusunda müzakirələr aparılacaq, millət vəkili Eldar Quliyev mövzu ilə bağlı çıxış edəcək.
Səfər fevralın 28-də başa çatacaq.
Süleyman