Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Günəş elektrik stansiyalarının sayı 32 mini keçib

Günəş elektrik stansiyalarının sayı 32 mini keçib



Türkiyədə Günəş elektrik stansiyalarının sayı 32 mini keçib.

Newscenter.az Türkiyənin Enerji və Təbii Qaynaqlar Nazirliyinə istinadən bildirir ki, quraşdırılmış günəş enerjisi gücü 20 min 416 meqavat olaraq müəyyən edilərkən, bu məbləğin 18 min 409 meqavatı lisenziyasız, 2 min 8 meqavatı isə lisenziyalı elektrik stansiyaları olub.

Bu dövrdə günəş enerjisinin ümumi quraşdırılmış enerjidə payı 17,5 faizə, bərpa olunan enerji mənbələrində quraşdırılmış enerjidə payı isə təqribən 30 faizə çatıb.

Külək enerjisində quraşdırılmış güc 13046 meqavata, elektrik stansiyalarının sayı isə 378-ə çatıb. Külək enerjisi ümumi quraşdırılmış elektrik enerjisinin təxminən 11 faizini təşkil edib. Bu mənbənin bərpa olunan enerjidə payı 18,7 faiz olaraq qeydə alınıb. Lisenziyalı külək elektrik stansiyalarının sayı 287-yə çatdığı halda, lisenziyası olmayan stansiyaların sayı 89-a çatıb.


Mehman Mehdiyev
Xəbəri paylaş